“Valensiya” bu futbolçunu komandada saxlayacaq
01.06.2023 , 11:05

“Valensiya” mövsümün əvvəlində “Lion”dan icarəyə götürdüyü Cenk Özkacar üçün qərarını verib.
Korner.az xəbər verir ki, klub futbolçunun müqaviləsindəki 5 milyon avroluq alqı-satqı bəndindən istifadə edəcək.
“Valensiya”nın qısa müddət ərzində sözügedən bəndi ödəyəcəyi və 22 yaşlı futbolçu ilə daimi müqavilə imzalayacağı gözlənilir.
