İspaniya La Liqasının 24-cü turunda “Valensiya” “Alaves”in qonağı olub.
Korner.az-ın məlumatına görə, meydan sahibləri geridönüşlə qalib gəlib.
Matçın 70-ci dəqiqəsində Karlos Soler qonaqları önə keçirib. 78-ci dəqiqədə İbai Qomez hesabda tarazlığı bərpa edib. Qarşılaşmanın 86-cı dəqiqəsində Aleksandr Katai matçda son nöqtəni qoyub: “Alaves” 2-1 “Valensiya”
Bu nəticədən sonra “Valensiya” 26 xalla 14-cü sıradadır. “Alaves” isə 33 xalla 10-cu sırada qərarlaşıb.
