“Valensiya” 11 il sonra kubok qazandı
26.05.2019 , 09:55

İspaniyada “kral kuboku”nun sahibinə aydınlıq gəlib.
“Benito Villamarin” stadionunda “Barselona” və “Valensiya” klubları qarşılaşıb. Oyun “yarasalar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu il 100 yaşını qeyd edən “Valensiya” 8-ci dəfə “kral kuboku”nu muzeyinə aparıb.
İspaniya kuboku / final
25 may / şənbə
“Barselona” – “Valensiya – 1:2
Qollar: Qameyro, 21 (0:1), Rodriqo, 33 (0:2), Messi, 73 (1:2)
