“Barselona”nın sabiq qapıçısı Viktor Valdes peşəkar futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Korner.az-ın məlumatına görə, ispan qolkiper “Liverpul”la razılığa gəlib. Valdes tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.
Qeyd edək ki, V.Valdes “Barselona”dan ötən mövsümün sonu müqaviləsinin müddəti başa çatdığı üçün ayrılıb.
