Valdes “Barselona”dan ayrıldı
07.10.2019 , 19:24

“Barselona”nın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Viktor Valdes vəzifəsindən ayrılıb.
Korner.az xəbər verir ki, Valdesin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İspaniya mətbuatının xəbərinə görə, Valdeslə “Barselona”nın akademiyasının direktoru Patrik Kluyvert arasında fikir ayrılığının olması səbəbindən, mütəxəssisin işinə son verilib.
