Fransa millisinin sabiq hücumçusu Cibril Sisse və daha üç futbolçu həbs edilib.
Korner.az-ın məlumatına görə, buna həmin futbolçuların “Lion”un yarımmüdafiəçisi Matye Valbuenanı intim videogörüntü ilə şantaj etmələri səbəb olub.
Versay polisi məsələ ilə bağlı araşdırmaya başlayıb. Nəzarətdə saxlanılan Sissenin vəkili bildirib ki, o günahsızdır və yaxında azadlığa buraxılmalıdır.
Qeyd edək ki, 2002-2011-ci illərdə Fransa millisinin şərəfini qoruyan Sisse keçirdiyi 41 oyunda 9 qol vurub. (Yahoo Sports)
