"Kobud səhvlərimiz davam edir"
“Hər iki komanda hücum futboluna üstünlük verdi, oyun maraqlı keçdi. “Rəvan” ilk altılığa düşmək üçün əlindən gələni edir".
Korner.az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov "Rəvan"a məğlubiyyəti (1:0) şərh edərkən deyib.
"Təyyarəçilər"in çalışdırıcısı oyunun sonlarına yaxın buraxdıqları qolun üzüntüsündən danışıb:
"Biz də bu məqsədə nail olmaq üçün bugünkü oyunda qələbə qazanmalı idik. Oyun boyu üstün oynasaq da, qol vura bilmədik. Kobud səhvlərimiz davam edir. “Rəvan”ın əks-hücumda oynayacağını təxmin edirdik, təəssüf ki, bu, belə də oldu. İnanıram ki, hər iki komanda ilk altılığa düşmək üçün sonadək mübarizə aparacaq”.
