“Vacib odur ki, 3 xal qazanaq”
20.02.2020 , 21:33

“Səbail” Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”la qarşılaşacaq.
Korner.az xəbər verir ki, Ekşteyn keçmiş klubuna qarşı oyun ərəfəsində klubun mətbuat xidmətinə açıqlama verib:
“Mən bu oyuna xüsusi münasibət bəsləmirəm. Vacib odu ki, 3 xal qazanaq. Bilirik ki, “Sabah” çətin rəqibdi. Lakin qələbə üçün əlimizdən gələni edəcəyik”.
