big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Vacib və əsassız oyun – YAZI

28.03.2015 , 06:27

Bu gün H qrupunun iki autsayderi – Azərbaycan və Malta qarşı-qarşıya gələcək.  Düzdür, bunadək keçirdiyi ilk 4 oyunda məğlub olan milli komandamızın qrupdan çıxmaq şansı, demək olar, sıfıra bərabərdir. Amma istənilən halda, “cırtdan ölkə” təmsilçisini məğlub etmək vacib və mütləqdir. Yaxşı olardı ki, bizim futbolçular və AFFA-dakı bəzi kreslosu olub, işi olmayanlar heç olmasa, bir oyunluq  özlərini yox, ölkəmizi düşünsünlər. Qrupdakı bütün komandalara məğlubiyyəti qəbul etmək olar, amma Maltaya əsla! 

Bu həm də Prosineçkinin millimizin baş məşqçisi postunda keçirəcəyi ilk ciddi sınaqdır. Sözün düzü, digərləri kimi mən də Foqtsla müqayisədə Prosineçkinin millimizə xeyir verəcəyini düşünürdüm. Bu baxımdan onun hücum futbolunu ön plana çəkməsi ümidverici idi. Amma xorvatiyalının avazı yaxşı gəlsə də, “Quran oxuyan”a oxşamır.  Robertin özünün və ya kiminsə xahişi\tələbi\əmri sayəsində  Malta ilə oyuna açıqladığı heyətdə boşluqlar dərhal nəzərə çarpır. Əvvəla, Azərbaycanın ən köklü və güclü klublarından “Neftçi”dən niyə heç bir futbolçuya dəvət göndərilməyib? Xorvatiyalının “Qarabağ”dan çağırdığı yarımmüdafiəçi  Cavid Tağıyev, demək olar ki, bütün göstəricilərdə  “Neftçi”də eyni ampluada çıxış edən Araz Abdullayevdən geri qalır.  Eləcə də “Bakı”nın və çempionatımızın 11 qolla bombardiri Nurlan Novruzova niyə “veto” qoyulub? Malta ilə görüş  bir yana, bu futbolçu heç keçən ay baş tutan Antalya toplanışına da çağırılmamışdı.  Əvəzində isə Ukrayna əsilli Anton Krivotçuk həmin toplanışa dəvət almışdı… Xorvatiyalı həmin ərəfədə açıqlama vermişdi ki, bu futbolçu mənim oyun üslubuma uyğun deyil. Hörmətli Prosineçki, axı siz onların nə oyununu görmüsüz ki,belə danışırsız? Toplanışlar məhz elə bunun üçün deyilmi? Hücumda bu qədər problemlər var ikən niyə adını çəkdiyim futbolçulara forma şansı verilmir?

Bir dəqiqə! Bu həmin Prosineçki deyilmi ki, ancaq yerli futbolçulara dəvət göndərəcəyini bildirən? Mən heç vaxt başa düşə bilməmişəm ki, nəyə görə 9 milyon əhalisi olan bir ölkə futzalda braziliyalı, güləşdə dağıstanlı, voleybolda rus, futbolda isə nənəsinin əmisioğlunun dayısı “azərbaycanlı” olanlara möhtac qoyulmalıdır? AFFA-da oturanlar nə üçün Azərbaycan adından çıxış etdiklərini anlamır, yoxsa anlamaq istəmirlər? İdmanın əsas məqsədi gəncləri pis vərdişlərdən uzaq tutmaqdır, yoxsa kiminsə cibini doldurmaq? 
Görünən kənd bələdçi istəməz. Bu günə qədər baş verən hadisələr Foqtsun da Prosineçki ilə “bir bezin qırağı” olduğunu göstərir. Belə getsə, dünya nəhəngləri “Real”və  “Barselona” kimi klublarda çıxış etmiş Prosineçkini gəlişigözəl sözlərə qonaq edəcək, “kreslo”sundan tərpədə bilməyib, göndərəndə sevinəcəyik. Açığı, mən Foqtsla müqayisədə təkəbbürlü olmayan, mətbuata açıq olan Prosineçkinin o vəziyyətə düşməyini heç vaxt istəmərəm. Amma  futbolçu seçimində güclü olana yox, “day-dayı” olana üstünlük verəcəyi təqdirdə bu son qaçılmazdır.

Əslində, burda bir az qəribə və maraqlı paradoksallıq yaranır. Malta ilə görüş vacib olduğu qədər, həm də əsassızdır. Ardıcıl məğlubiyyətlərdən üzü qızarmayan AFFA rəsmilərinin mümkün qələbədən sonra çıxıb pafoslu və xülya dolu açıqlamalar verəcəyini siz də sezirsizmi? Futbolçuların mümkün qələbədən sonra çıxıb lovğalanacağı üçün əsassızdır. Gecə-gündüz ölkəmiz üçün “tər tökən” Elxan Məmmədovun milliləşdirdiyi “superulduz”lara   haqq qazandıracağı ehtimalına görə əsassızdır.  Prosineçkinin “Yaxşı eləyirəm, Nurlan Novruzovu milliyə çağırmıram. Heç çağırmayacam da. Gööördüz? Udduq da!” – deyə bilməsi üçün əsassızdır. Həmin Prosineçkinin millimizdəki gələcək karyerasının uğurlu olacağı nəticəsinə gələ bilməyimiz üçün əsassızdır. O üzü qızarmayanların ayağı top tutmayanlara yenə mümkün qələbədən sonra 10 min dollar peşkəş etməsi üçün əsassızdır. Bəli, səhv eşitmədiz, 10 min dollar! Ölkədə iqtisadi böhran olduğu bir məqamda Malta kimi komanda üzərində ev qələbəsinə görə hər futbolçuya 10 min dollar veriləcək. Allah axırımzı xeyir etsin… 

P.S. Hə,az qala unutmuşdum. Millimizin hal-hazırda çox biabırçı şəkildə FİFA reytinqində 139-cu pillədədir.  Malta ilə görüşün nəticəsi, çox güman ki, millimizin FİFA reytinqindəki mövqeyinə ciddi təsir etməyəcək. Yəqin, bu görüş FİFA üçün də əsassızdır. 

Ürfan Məmmədzadə

Son yazılar

To Top