“Vacib qalibiyyət idi” – Qurban Qurbanov
04.11.2023 , 18:18
Premyer Liqanın XII turunda keçiriləm “Qarabağ” – “Kəpəz” oyunundan sonra (7:1) baş tutan mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, mütəxəssis öncə oyunla bağlı danışıb:
Vacib qalibiyyət idi. Psixoloji gərginlik var idi. Amma qalib gəldik. Komandamı təbrik edirəm.
Sizcə, hazırkı “Kəpəz”in durumu?Turnir cədvəlinə baxanda əlbəttə ki xoş deyil. İnanıram tez bir zamanda yaxşı nəticələr əldə edərlər. Komandanın potensialı var.
Mateus “Bayer”lə oyunda olacaq?
Bu, hələ dəqiq bilinmir.