“Vacib qələbədir” – Kurban Berdıyev
16.02.2025 , 18:50

“Turan Tovuz” Misli Premyer Liqasının 23-cü turunda doğma meydanda “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəlib.
Korner.az xəbər verir ki, komandanın baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında qələbəni belə şərh edib:
“Oyun planı haqda danışsaq uşaqlar birinci hissədə bir qədər yandılar. Nəzərə alsaq ki, məsuliyyət böyük idi. Buna görə də taktiki planda xeyli səhvlər buraxdıq. Çətin amma, vacib qələbədir. Futbolçularımı təbrik edirəm”.
