big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Vətən”in məşqçisi ayaqqabı öpmək qalmaqalından danışdı: “Günahkar özləridirlər”

09.07.2018 , 12:50

Bakıda fəaliyyət göstərən “Vətən” Futbol Məktəbində xoşagəlməz hadisə yaşanmağı ilə bağlı informasiyalar yayılıb. U-11 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov yetirmələrinə qarşı iyrənc əməl etdiyi iddia edilib.

Belə ki, iddiaya görə adıçəkilən şəxs uşaqları döyür, söyür, bu azmış kimi həmin anı videoya çəkərək komanda üzvləri arasında yayır. Bu şikayətlə ilə valideynlərdən biri Yenicag.az-a müraciət edib.

Korner.az saytı məsələ ilə bağlı baş məşqçi Samir Əbdürrəhmanovun münasibətini öyrənib. O, sözügedən hadisəni təkzib edib və hər şeyin tamamilə başqa cür olduğunu bildirib. Samir bəy hadisəni belə təsvir edib:

“Biz komanda ilə birlikdə ölkə xaricində turnirdə idik. Orada otellərin birində yerləşmişdik. Komandanın iki üzvü bir otaqda qalırdı. Hadisə zarafatla başlayıb. Onlardan biri digərinin ayaqqabısını öpdürüb, həmin anı da videoya çəkib. Bu barədə dərhal məlumat alıb elə yerindəcə iclas etmişəm. Komandanın hər iki üzvünü tənbeh etmişəm. Videoya çəkən uşağa da haqq etdiyi cəzanı vermişəm. Belə hadisənin yolverilməz olduğunu demişəm. Sadəcə olaraq zərərçəkmiş tərəf – ayaqqabını öpən uşaq həmin iclasda iştirak etməyib. Onun valideyni mənə məlumat vermədən uşaqla birlikdə şəhərə gəzməyə gedib. Məlumatı yayan valideyn də həmin adam olub. Mən hesab edirəm ki, o, mənə qarşı qərəzlidi. Çünki həqiqəti bilmədən məlumatı yayıb. Mən hadisəni məşqçi kimi həll edirdim. Videoya çəkən uşağı tənbeh etdim, cəzasını verdim. O, hər kəsin qabağında komanda yoldaşından üzr istədi və bir də belə bir şeyin olmayacağını söz verdi”.

Məşqçinin sözlərinə görə, zərərçəkmiş uşağın valideyni videoya çəkən uşağa fiziki təzyiq göstərib: “Dünən biz avtobusla hava limanına qayıtdıqda belə bir hadisə yaşandı. Videoya çəkən uşaq valideynsiz səfərə getmişdi. Digər uşağın – ayaqqabını öpən uşağın valideyni isə biz hava limanına avtobusla gələrkən viodeya çəkən uşağı vurub, onu təhqir edib. Mən də ona mane olmuşam, belə şeyin yolverilməz olduğunu demişəm. Ondan sonra isə həmin valideynlər mənə hədə-qorxu gəlib. Mediada tanışlarının olduğunu deyib. Mən də heç kimdən çəkinmədiyimi demişəm. Digər məlumatlar isə tamamilə yalandır və həqiqəti əks etdirmir. Bunların hamısı şər-böhtandı. Məlumatı mediaya yayan tərəf özləri günahkar tərəfdi. Onlar digər uşağa fiziki təzyiq göstərib”

Gənclərdən ibarət Azərbaycan millisinin sabiq üzvü olan Samir Əbdürrəhmanov futbolçu karyerası ərzində “Şəfa”, “Dinamo- Bakı”, “İnter”, “Masallı” və “Bakı” kimi klublarında çıxış edib. 2006-cı ildə futbolçu karyerasını başa vuran Əbdürrəhmanov məşqçi kimi fəaliyyət göstərib.

Məmmədov İlkin

Son yazılar

To Top