Vətənə qaytarılan əsir və girovların adları – SİYAHI
14.12.2020 , 23:07

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanıb.
Əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub.
Korner.az xəbər verir ki, Dövlət Komissiyası Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsinin təmin edildiyini bildirib.
Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.
Dekabrın 14-də Vətənə qaytarılan 9 əsir və girov aşağıdakı şəxslərdir:
1. Emin Baxşəliyev
2. Amin Musayev
3. Yəhya Abdinov
4. Şərif Əliyev
5. Ömər Ələkbərov
6. Nurəddin Yolçuyev
7. Bayram Kərimov
8. Dilqəm Əsgərov
9. Şahbaz Quliyev
