“Uşaqlar yaxşı oynadılar. İstəkli idilər”.
Korner.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının “Qəbələ” – “Neftçi” matçından sonra qonaq komandanın baş məşqçisi Vəli Qasımov “CBC Sport”a açıqlamasında deyib.
Qasımov komandasının 7-ci pillədə olmasının futbolçulara psixoloji təsir etdiyini deyib: “Turnir cədvəlində 7-ci yerdə olduğundan komandada inam itib. Avroliqaya düşmək üçün əlimizdən gələni edəcəyik: Çalışacağıq ki, kubokda “Qəbələ”ni məğlub edib finala çıxaq”.
