Hərbçilərin dünya çempionatında İraqla oyunda ciddi zədə alaraq 1 aydı ki, yaşıl meydanlardan kənar qalan “Bakı”nın futbolçusu Şəhriyar Əliyev müalicəsini ev şəraitində davam etdirir.
Korner.az-ın məlumatına görə, bu barədə futbolçu saytımıza bildirib. Gipsin əvvəlcə bu ayın axırında açılacağını gözləyən futbolçu bunun yalnız gələn ayın 7-8-də baş tuta biləcəyini bildirib.
Avqustun ortalarından etibarən isə futbolçunun məşqlərə başlayacağı gözlənilir.
