big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

… Və dəvənin mətbuat xidməti cavab verdi – KÖŞƏ

04.08.2016 , 08:38

Manqalın hisi-pası hələ üstümüzdən çəkilməyib, quzu kababının dadı-tamı ağzımızdan getməyib. Cəmi bir neçə gün əvvəl yurdun hər yerində tonqallar qalanmışdı, süfrələr açılmışdı, aş qazanlarının böyüklüyü adamı qorxuya salırdı. Hamı elliklə jurnalistlərin bayramını qeyd edirdi. Bütün bu həngamədən sonra mətbuat nümayəndələri yenə aləmi qatdılar bir-birinə. Elə bil o boyda yeyib-içmək, bayram tonqalı onların şərəfinə deyilmiş. Naşükürlük daha belə yox da…

Bəzi-bəzi qəzetlər, onlardan geri qalmayan, gec gəlib tez öyrənən saytlar futbol hakimlərimizin Bolqarıstanda buraxdıqları “quşu” böyüdüb fil kimi təqdim ediblər. Elə də hay-küy salıblar ki, elə bil Türkiyədə dövlət çevrilişinə cəhd olub. Təmiz söhbətə qalsa, belə də ciddi-filan bir iş olmayıb. AFFA-nın pul-para verib Bolqarıstana toplanışa yola saldığı, gedərkən arxalarınca su atdığı referilərimiz yad eldə qaldıqları otelin balkonlarında dövlət bayrağımızı tərs asıblar. Bu qədər bəsit yəni… 

Birincisi, AFFA lap əcəb edib hakimlərimizi Bolqarıstana göndərib, əlinin içindən gəlib, əlinin içində bir damla neft var, neftin də içindən gəlib. Bu istidə referiləri Biləsuvara göndərəsi deyildi ki? Guya jurnalistlər AFFA-dakılardan çox bilirlər…

İkincisi, üçboyalı bayrağımızı balkonda tərsinə asıblar, hə nə olsun? Dünya dağılmayıb ha? Bəlkə BMT-nin Baş qərargahında lift xarab olub xəbər tutmamışıq? 

Üçüncüsü, AFFA min dəfə deyib, mən də yazım olsun min üçüncü. Bunu bir dəfəlik qolbaq edib asın qulaqlarınızdan. Hakim də insandı, səhv edə bilər, əsas odur ortada qərəz-filan olmasın! Bolqarıstanda bayrağımızın səhv asılmasında nə qərəz ola bilər axı? Və yaxud, bu məsələdən rüşvət iyi gəlirmi? “Barselona”nın bütün dünyadakı azarkeşləri də tökülüb gəlsə və xorla and içib, aman eləsələr, yenə inanmaram. Ortada yanlışlıq olub, vəssalam. Sadəcə, referilərimiz qaş düzəltmək istədikləri yerdə vurub gözü də şikəst ediblər. 

Yad məmləkətə toplanışa gedən hakimlərimizin az qala hər hərəkətində yanlışlıq axtarmaqla, olanı şişirtmək, olmayanı bir az da qabartmaqla, ditdili yeyən yerdən qan çıxarmaqla bu mətbuat nümayəndələri nə demək istəyirlər axı? 

Yadıma bir əhvalat düşdü, bunu əslində elə hamı bilir. Günlərin birində bir qrup qəzetçi, sayt əməkdaşı, ANS başda olmaqla telekanalların müxbir və operatorları dəvəni əhatəyə alırlar. Hamı mikrofonu, diktofonu, mobil telefonu, kameranı tuşlayır dəvənin düz üstünə. Soruşurlar ki, ay dəvə, belin niyə əyridir? Dəvə fikirə gedir. Və bu məqamda dəvənin mətbuat xidmətinin rəhbəri qaş-gözünü oynada-oynada verir özün irəli. Deyir ki, hörmətli dəvənin harası düzdür ki, beli də düz olsun? 
İndi dəvənin sözçüsünün sözü olmasın, referilərimizin bütün işləri düz idi ki, bayraq asmaqları da dübbədüz olsun? Ay jurnalistlər, başınıza işmi qəhətdir, mövzu qıtlığıdırmı? Belə yazansınızsa istilərdən yazın, dənizdən, dondurmadan, xiyar-pomidordan, qarpız-yemişdən yazın. 

Bu jurnalistlərin elə hamısı bir bezin… bir köynəyin düyməsidi. Sözü bir yerə qoyubmuş kimi o gün xarici bir modeldən də yazıblar. Həmin model guya Messi ilə bir yerdə gün keçirəndə dünya şöhrətli futbolçu onu təəccübləndirib. Model gözəlçə deyib ki, yaşıl meydandan fərqli olaraq Messi yataqda çox tənbəl imiş… Pah atonnan… 

Model arvad bisavadı, bəs sizə nə olub, ay jurnalistlər? Təbii ki, stadionla yataq otağı eyni şey deyil. Messi yaşıl meydanda qaçmağa görə bir vaqon pul alır, modellə yatağa girəndə isə bir “QAZ”el pul xərcləyir. Tənbəl olmasın, neyləsin?
Bir də axı ulduz futbolçunun modellə  harda nə etməsinin camaata nə dəxli, belə mövzuları el-aləmə car çəkməyin heç yeri yoxdu. Ay jurnalistlərimiz, əgər belə obyektiv, qərəzsiz və vicdanlısınızsa həmin modelin Messi ilə söhbətlərinin başqa məqamlarına da toxunun da! Xarici həmkarlarınız ətraflı işıqlandırıblar, götürüb baxa bilərsiniz. Amma götürəndən sonra yerinə qoymağı yaddan çıxarmayın. 

Əcnəbi model arvad deyib ki, Messi yatağa girməzdən əvvəl “Rəvan”-“Qarabağ” matçının videoyazısını üç dəfə izlədi, bığaltı xeyli güldü. Sonra da Azərbaycandakı köhnə tanışı, hakim Ramil Diniyevdən söhbət açdı, onun qonağı olarkən evlərində düşbərə yeməsini, üstündən buz kimi sərin ayran içməsini xatırladı…

Yazırsınızsa belə məsələlərdən yazın, yoxsa ki, bayraq səhv asıldı, Messi yorulandan sonra nə elədi… Jurnalist gərək qərəzli olmasın. Axı camaat sizə hörmət bəsləyir, peşə bayramınızda kabab çəkir, aş bişirir. 
Nə tez yadınızdan çıxdı, manqalın tüstüsü nə tez üstünüzdən çəkildi? 
    
Etibar Cəbrayıloğlu
“Het-trik news” qəzeti

Son yazılar

To Top