“Uzun müddət idi ki, qol vura bilmirdim”
09.05.2023 , 15:23
Türkiyə Super Liqasının 33-cü turunda “Trabzonspor” “Ankaragücü”nə 2:0 hesabı ilə qalib gəlib.
Korner.az xəbər verir ki, görüşdən sonra “bordo-mavilər”in qələbə qolarını vuran Umut Bozok yerli mətbuata açıqlama verib:
“Hücumçu üçün qol vurmaq vacibdir. Uzun müddət idi ki, qol vura bilmirdim. Doğma meydanda qol vurmaq mənim üçün çox yaxşı oldu. Komandanı təbrik edirəm. Ümid edirəm ki, qələbəmiz davam edəcək”, – deyə futbolçu bildirib.