“Uypeşt”in baş məşqçisi: “Əsl oyunumuzu göstərə bilmədik”
17.01.2019 , 12:01

“İlk yoxlama görüşümüz oldu. Hər bir futbolçumuza ən az 45 dəqiqə oynamaq şansı verdik”.
Bu sözləri Türkiyənin Antalya şəhərində “Qarabağ”a 1:0 hesabı ilə qalib gələn Macarıstanın “Uypeşt” klubunun baş məşqçisi Neboyşa Vinyeviç deyib. 50 yaşlı mütəxəssis matçla bağlı danışıb:
“Qələbə qazanmaq müsbət məqamdır, buna görə sevinirəm. Lakin əsl oyunumuzu göstərə bilmədik. Görüləcək çox işlər var”.
