Futboldan 8 il müddətinə kənarlaşdırıldığı üçün apellyasiya şikayəti verən UEFA-nın sabiq prezidenti Mişel Platini FİFA-nın Apellyasiya komitəsinin məhkəmə iclasında iştirak edib.
Korner.az-ın məlumatına görə, fransalı sabiq futbolçu günahsız olduğunu sübut etmək və ona tətbiq olunan cəzasının ləğvinə nail olmaq istəyindədi.
Platini onu gələcək fəaliyyəti deyil, günahsızlığını isbatlamaq maraqlandırdığını qeyd edib:
“Gələcəyim uğrunda yox, ədalətsizliyə qarşı mübarizə aparıram. Əgər günahkar olsaydım, utandığımdan gizlənmək üçün Sibirə qaçardım. Amma mən burdayam”.
