Topaz Premyer Liqasının 16-cı turuna səfərdə “Qarabağ”la qarşılaşan “Kəpəz” məğlubiyyətdən yenə qaça bilməyib.
Korner.az-ın məlumatına görə, Gəncə təmsilçisinin məşqçisi Mehman Hacıyev məğlubiyyəti şərh edib:
“Ölkənin ən güclü komandasına qarşı oynadıq. Ustalıq səviyyəsində rəqibə uduzduq. “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm”.
