Usman Dembele ilin ən yaxşı futbolçusu seçildi
16.12.2025 , 21:45
PSJ və Fransa millisinin hücumçusu Usman Dembelé 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.
Korner.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı oyunçu FIFA The Best mükafatının qalibi olub. Bu uğur üçün “Barselona”nın hücumçusu Lamin Yamal və “Real”ın forvardı Kilian Mbappe də yarışıb.
Dembelé həmçinin 2024/25 mövsümündə “Qızıl Top”un da sahibi olub. O, PSJ ilə Fransa çempionluğu, Fransa Kuboku, Fransa Superkuboku və UEFA Çempionlar Liqasını qazanaraq mövsümü uğurla tamamlayıb.
Ötən mövsüm 53 oyuna çıxan Dembelé 35 qol vurub və 16 məhsuldar ötürmə ilə komandası üçün fərqlənib.