“Borussiya”nın futbolçusu Usman Dembele “Barselona”da oynaya bilər.
20 yaşlı fransalı yarımmüdafiəçinin Kataloniya klubuna keçidi məsələsi Naymarın PSJ-yə transferindən sonra daha da aktuallaşıb.
Tərəflər arasında danışıqların müsbət nəticələndiyi, yaxın vaxtlarda transferin rəsmən elan olunacağı iddia edilib. Dembeleyə görə “Barselona”nın Dortmund klubuna 100 milyon avro təzminat ödəyəcəyi də bildirilib.
