Useyn Bolt karyerasını başa vurdu
23.01.2019 , 12:48

Yüngül atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt futbol karyerasını başa vurduğunu bildirib. Bu barədə “Goal.com” məlumat yayıb.
Bolt Avstraliyanın “Sentra Kost Mariners” futbol klubunda çıxış edib. O, 2017-ci ilin sonunda yüngül atletikada karyerasını bitirib və futbolla məşğul olmaq niyyətində idi, ancaq karyerası istənilən kimi alınmayıb.
Daha əvvəl bildirilirdi ki, o, karyerasını Türkiyədə davam etdirə bilər. Super Liqada çıxış edən “Sivasspor” klubu 32 yaşlı idmançını heyətinə qatmağı planlaşdırırdı.
