big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Uşaq futbolunda son mövsümə ümumi baxış – YAZI

15.07.2016 , 06:58

Yusif Vəliyev: “Fəaliyyətimizə futbol ictimaiyyəti və AFFA rəhbərliyi qiymət versə, yaxşıdır”

May ayında Premyer Liqa və 1-ci Divizionla yanaşı AFFA-nın bayrağı altında keçirilən aşağı yaşlı liqalarda da yarışlar başa çatdı. 2008-ci ildən təşkil edilən liqalarda bu mövsüm əvvəlki illərlə müqayisədə xeyli irəliləyişlərin olduğu nəzərə çarpsa da, çatışmazlıqlar da az deyildi. Cari mövsümdə uşaq futbol liqalarında əsas müzakirə mövzusu hakimliklə bağlı oldu. Belə ki, U-12 və U-13 liqalarında təkhakimli sistemə keçməyi məsləhət bilən AFFA bu azmış kimi daha yuxarı liqalarda hakim-inspektorların təyinatını ləğv etdi. Əlbəttə, çatışmazlıqlar təkcə bunlarla bitmir. Bəzi liqalarda oyunların vaxtının təhsillə uzlaşmaması, futbolçuların sağlamlıq məsələləri, “lipa” problemi və başqa arzuolunmaz hallara mütəmadi rast gəlinirdi. Sadalanan və digər neqativ hallarla bağlı AFFA-nın yarışların keçirilməsinə məsul şöbəsinin mövqeyini öyrənmək maraqlı idi. Bu məqsədlə Yarışların Keçirilməsi Departamentinin rəhbəri Yusif Vəliyevlə görüşdük və məqamlara aydınlıq gətirdik.

10 mindən çox futbolçumuz var

Mövzuya keçməmişdən əvvəl bəzi statistik məlumatları nəzərinizə çatdırmaq istəyirik. Bu məlumatlar yazının gedişində bir çox məqamlarla bağlı təsəvvür yaranması üçün lazım olacaq. Bu il AFFA-nın bayrağı altında keçirilən 9 liqada respublika üzrə ümumilikdə 548 komanda mübarizə aparıb. U-15-dən etibarən yuxarı liqalar elit sayılır. Bu da o deməkdir ki, həmin liqalarda ancaq peşəkar klubların komandaları çıxış edə bilərlər. Çempionat dairəvi sistemlə, 2 dövrəli və ev-səfər prinsipi ilə keçirilir. Komandaların bütün xərclərini klublar qarşılayır. U-10 – U-14 liqalarında isə vəziyyət tamam fərqlidir. İlk növbədə, burada kütləvilik daha çoxdur. Bu da həvəskar komandaların sayı ilə bağlıdır. U-15 liqasına kimi UGİM-lərin, Təhsil Nazirliyinin nəzdində olan futbol məktəblərinin, bələdiyyələrin, hətta ayrı-ayrı məşqçilərin yaratdıqları komandalar iştirak edə bilərlər. Son mövsüm respublika üzrə U-14 liqası daxil ümumilikdə 489 komanda və 8913 futbolçu iştirak edib. Liqalar üzrə bölgülər belədir: U-10 liqası – 85 komanda, 1471 futbolçu, U-11 liqası – 106 komanda, 1774 futbolçu, U-12 liqası – 98 komanda, 1788 futbolçu, U-13 liqası – 109 komanda, 2017 futbolçu və U-14 liqası – 91 komanda, 1863 futbolçu. U-15, U-16 və U-17 liqalarının iştirakçılarını da nəzərə alsaq, futbolçu sayı 10 mini keçir. Hər bir uşağın 15 yaşından sonra gələcəkdə futbolçu olub-olmayacağı böyük ölçüdə aydınlaşdığı U-15 liqasından etibarən Premyer Liqa sisteminə keçildiyi və uşaqların futbolla peşəkar səviyyədə məşğul olmaları daha yuxarı yaş qruplarında kütləviliyi əhəmiyyətli dərəcədə azaldır. Sadə dillə desək, potensaillı uşaqlar futbolda qalırlar. Qalanları isə… Potensialı olmayan uşağa heç bir klubun əlavə xərc çəkmək istəməməsi təbiidir.

Uşaqlar nəyə görə 9 ay futbolsuz qalırlar?

İndi isə keçək əsas mövzuya. Yəni, mövsüm ərzində rast gəlinən çatışmazlıqlara. Mövsümün gedişində bir neçə komandanın çempionat başa çatmamış yarışlardan kənarlaşmasının şahidi olduq. Bu da çempionatın gedişinə mənfi təsir göstərməklə yanaşı, həmin komandalarda çıxış edən uşaqların futbolsuz qalmalarına səbəb oldu. Liqalarda yarışlar başlamamışdan əvvəl komandalar AFFA-ya iştirakla bağlı müraciət edirlər. Onların çempionatda normal iştirak edə biləcəyi dəqiqləşəndən və təminat məktubu alındıqdan sonra yarışlara buraxılırlar. Yusif Vəliyevin sözlərinə görə, komandaların yarışları vaxtından əvvəl tərk etməsi halları əvvəlki illərlə müqayisədə xeyli azalıb: “Əvvəlcə qeyd edim ki, U-14 liqasına kimi bütün liqalarda iştirak edən region təmsilçilərinin hamısının forma, idman ləvazimatı, nəqliyyat xərci AFFA tərəfindən ödənilir. Onların işi ancaq məşq keçmək və oyunlarda iştirak etməkdir. Peşəkar klubların komandaları istisnadır. Təəssüf ki, elə komandalar olur ki, çempionat başa çatmamış yarışlardan imtina edirlər. Bu, adətən hansısa məşqçi tərəfindən qurulan komandalar olur. Artıq, bunun qarşısını almaq üçün müəyyən işlər görülüb. Məsələn, əsasnaməyə uyğun olaraq çempionatdan çıxarılan komanda növbəti il yarışlara buraxılmır. Bu zaman həmin komandanın başqa ad altında eyni məşqçi ilə yenidən yarışlara qoşulmasının qarşısını almaq üçün də cəza nəzərdə tutulub. Belə ki, çempionatdan kənarlaşdırılan komandanın məşqçisi də 1 il ərzində yarışlara komanda buraxa bilmir. Amma məşqçi kimi istədiyi yerdə işləyə bilər. Əgər peşəkar klubun komandası yarışdan kənarlaşdırılarsa, o halda, gələcəkdə həmin klubun lisenziyalaşdırma ilə bağlı problemləri yaranacağı qaçılmazdır”.

Daha bir çatışmazlıq U-15 liqasına kimi yarışların keçirilmə qaydasındadır. Hələ ötən il bu problemi qabartmışdıq və dəyişikliklərin vacibliyini qeyd etmişdik. Problem nədə idi? Bir faktı misal çəkək. 2014/15-ci illər mövsümündə U-12 liqasının paytaxt birinciliyində yarışlar 2 mərhələdə keçirilirdi. İlk mərhələdə 10-dan çox iştirakçı komanda öz aralarında oynadıqdan sonra ilk 6 yeri tutan komanda 2-ci mərhələyə vəsiqə qazanırdı. Qalan komandalar isə yarışları bitirirdi. 1-ci mərhələnin dekabr ayında başa çatdığını və növbəti mövsümün sentyabrda başladığını nəzərə alsaq, futbolçular 9 aya yaxın müddətdə futbolsuz qalırdılar. Bu il formatda əhəmiyyətli dəyişiklik olmasa da, azacıq irəliləyiş nəzərə çarpdı. Belə ki, ilk dövrənin oyunları dekabrda deyil, fevralda başa çatdı. Amma bu da problemin həlli deyil. Bu halda uşaqlar mart ayından sentyabrın axırına kimi futbolsuz qalırlar. Bəs, bu çatışmazlığı aradan necə qaldırmaq olar? Departament rəhbəri göstərilən problemin sırf onların üzərinə atılmasını qəbul etmədi: “Liqalarda oyunlar nə qədər tez başlasa, oyun sayı da bir o qədər çox olar. Bizdən olsa, çempionatları avqustdan başlayarıq. Lakin bəzi komandaların iştirakla bağlı lazımi sənədləri, futbolçuların sifarişilərini vaxtında verməməsi birinciliklərin oktyabrın əvvəlində başlamasına səbəb olur. Bu isə 1 aydan çox vaxt itkisi deməkdir. Bu halda məcbur olub formatı elə qururuq ki, may ayına kimi yarışlara başa çatdıra bilək. Üstəlik, hava şəraiti ilə əlaqədar aşağı liqalarda oyunlar tez-tez təxirə düşür. Bunu da nəzərə almaq lazımdır. Komandaların sayı nə qədər tez bəlli olsa, oyunlar da bir o qədər çox olar. Özü də bu hal 1-2 liqada müşahidə olunur. Təbii ki, bütün komandaları may ayna kimi çempionatda saxlasaq, yarışları texniki baxımdan yekunlaşdırmaq mümkün olsa da, vaxt baxımından mümkün deyil. Amma hər halda növbəti mövsümdən etibarən bu problemi aradan qaldıracağıq. Nəzərdə tutmuşuq ki, ilk “altılığ”a düşə bilməyən komandalar yarışları dayandırmasınlar. Onlar arasında hansısa kubok turnirlərinin və ya formal yarışların təşkil edilməsi gündəmdədir. Bu zaman dediyiniz kimi futbolçular daha uzun müddətə futbolsuz qalmayacaqlar. Bir məqamı da qeyd edim. Elə komandalar var ki, həqiqətən zəifdirlər. Uşaqların əksəriyyəti o qədər də istedadlı deyillər. Elə komandalarda potensiallı uzağı 1-2 futbolçu olur. Biz həmin uşaqların komandalırının zəif olması səbəbindən daha uzun müddətə futbolsuz qalmaması üçün başqa komandalara keçmələrinə problem yaratmırıq”.

Liqalarda oyunlar hansı səbəbdən dərs günləri keçirilir?

Bu mövsüm ilk “altılıq”la bağlı daha bir problem final mərhələsində ortaya çıxdı. Reqlamentə görə U-14 liqasına kimi bütün çempionatların paytaxt birinciliyində ilk mərhələdən sonra ən yaxşı 6 komanda 2-ci mərhələyə vəsiqə qazanırdı. İkinci mərhələdə həmin komandalar dairəvi sistemlə mübarizə apararaq yerləri müəyyənləşdirməli idilər. Daha sonra onlara regionlarda final mərhələsinə vəsiqə verən yeri tutmuş komanlara qoşulmalı və say 16-a çatdırılmalı idi. Final mərhələsinin özü isə əvvəl qrup, sonra “pley-off” sistemi ilə keçirilməli idi. Lakin qrup mərhələsi ləğv olundu və 16 komanda 1/8 finaldan mübarizəyə başladı. Bu isə “altılıq”da yerlərin müəyyənləşdirilməsi üçün keçirilən yarışların mahiyyətini sıfıra endirdi. Format dəyişikliyi nə ilə bağlı idi? Məsələ burasındadır ki, çempionatın gedişində bir çox klublar uşaqların təhsildən kənar qalmamaları üçün çempionatın tez başa çatmasını və “pley-off” oyunlarının ev-səfər prinsipi ilə təşkili variantını təklif etmiş və AFFA bununla razılaşmışdı. Məlumdur ki, bu il dərslər iyunun 15-ə kimi davam etdi. Orta məktəblərdə summativ imtahanların may ayında keçirildiynini nəzərə alsaq, verilən qərar düzgün idi. Bundan başqa may ayında Bakıda U-17 yığma komandaların Avropa çempionatının keçirilməsi də final mərhələsinin formatında dəyişikliklərin edilməsinə səbəb oldu.

Təhsildən söz düşmüşkən, elit liqalarda da bununla bağlı problem var idi. Liqaların bəzilərində oyunlar həftəiçi salınmışdı ki, bu da səfərə çıxan komandanın futbolçularının məcburiyyət qarşısında dərsləri buraxması ilə nəticələnirdi. Və yaxud təxirə salınmış oyunların yenidən keçirilmə vaxtı ilə bağlı nöqsanlar. Oyunlar günün elə vaxtına təyin edilirdi ki, nə 1-ci, nə də 2-ci növbədə oxuyan uşaqlar dərsə gedə bilmirdilər. Yusif müəllim bu məsələyə belə münasibət bildirdi: “Bütün oyunların vaxtı klublarla razılaşdırılır. Biz təklif edirik ki, oyunlar günorta saat 4-dən sonra keçirilsin. Amma bəzi hallarda, əsasən də əyalət komandaların istəyilə vaxt daha irəli çəkilir. Bu nöqsan bizim yox, klubların adına yazılmalıdır. Elit liqaların bəzilərində oyunların həftəiçi keçirilməsinə gəlincə, bu məsələylə bağlı bir qədər ətraflı məlumat vermək istərdim. Həftəiçi oyunlar çərşənbə axşamı keçirilir. Cümə günü isə ehtiyat gündür. Yəni, təxirə salınmış oyun və ya tur cümə günü keçirilir. Bu məsələ indiyə kimi çox müzakirə edilib, hətta Klublar Komitəsiinin gündəliyində də olub. Əminliklə deyə bilərəm, U-10-dan U-19 liqasına kimi bütün çempionatlarda bütün oyunların həftəsonu təşkil edilməsi üçün AFFA tərəfindən təşkilatçılıq baxımından heç bir problem yoxdur. Əslində, biz bunu çox istəyirik və bacararıq da. Problem klublarla bağlıdır. Bildiyiniz kimi, U-15 liqasından etibarən təminat klublar tərəfindən verilir. Klub komandaları oyunlara getməsi üçün nəqliyyatla, oyun qəbul etməsi üçün stadionla və s. ilə təmin etməlidir. Bəzi klubların həftəsonu bir neçə komandasının oyununu təşkil etməyə və ya səfərə yola salmağa imkanları çatmır,  stadion, işaqlandırma, nəqliyyat və digər problemlər ortaya çıxır. Bu üzdən həmin klubların işini asanlaşdırmaq üçün bəzi liqaların oyunları həftəiçinə salındı. Amma bu mövsümdən etibarən ən azı 1 liqanın oyunlarının məcburən həftəsonu keçirməyi nəzərdə tutmuşuq. Bundan başqa, əgər hansısa klub digər liqada şənbə və bazar günü oyun qəbul etmək istəsə, onların istəyi qəbul olunacaq. Bu da gənc futbolçuların təhsildən uzaq düşməsinin haradasa, 70 faiz qarşısını alacaq”.

“Dalğa Arena” və “lipa” problemi: öldü var, döndü yoxdur

Rast gəlinən daha bir problem məkanla bağldır. Paytaxt regionunda U-14 liqasına kimi bütün oyunlar “Dalğa Arena”da keçirilir. Məlumdur ki, Mərdəkanda hava demək olar ki, həmişə küləkli olur. Bu da uşaqların futbol oynamasına çətinlik yaradır. Olmazmı, AFFA oyunların keçirilmə yerini dəyişsin? Yusif Vəliyevin sözlərinə görə, “Dalğa Arena”da yeni tikilən akademiya binası müəyyən qədər küləyin qarşısını alıb: “Lakin bu o demək deyil ki, problem həllini tapıb. Stadion AFFA-nın balansındadır və yarışların keçirilməsi üçün ən əlverişli şərait “Dalğa Arena”dadır. Ötən il hava şəraiti ilə əlaqədar oyunların müəyyən hissəsi “Bakı”nın bazasında keçirildi. Əgər klublardan təkliflər gəlsə, müzakirələr aparmaq olar. Bu zaman isə əlavə problemlər ortaya çıxa bilər. Məsələn, təşkilati baxımından”.

Uşaq futbolunda “lipa” problemi hələ SSRİ dövründən geniş müzakirə mövzusu olub. Futbolçuların süni şəkildə yaşlarının azaldılması faktları ilə bu gün də rastlaşırıq. Doğrudur, əvvəlki illərlə müqayisədə onların sayı əhəmiyyətli dərəcədə azalıb. Bunu da əsasən müasir texnologiya ilə əlaqələndirmək olar. Əgər bir neçə il əvvəl futbolçunun doğum tarixini dəyişmək və ya bir futbolçunun digərinin adından oynaması sadə bir iş idisə, indi bunu etmək çətinləşib. Yarışların keçirilməsi şöbəsində hər il futbolçulara lisenziyalar verilir. Bununla da hər bir futbolçu haqqında məlumatlar bazası formalaşır. Gələcəkdə hansısa futbolçunun yazı azaldılsa, dələduzluq faktı mütləq ortaya çıxacaq. Həmçinin, AFFA-nın Təhsil Nazirliyi ilə əməkdaşlığı da “lipalaşdırma”nın qarşısını böyük ölçüdə alır. Məsələn, hansısa uşaq lisenziya almaq istəyəndə Təhsil Nazirliyə müraciyət edilir və həmin uşağın məlumatları TİMS proqramı vasitəsilə yoxlanılır. Bu isə o deməkdir ki, 7 yaşında məktəbə gedən uşağın təvəllüdü sonradan saxtalaşdırılarsa, TİMS proqramı bunu üzə çıxarır.

Pula qənaət, yoxsa, islahat?

Son mövsüm liqaların paytaxt regionunda əyalət komandalarının iştirakı da nəzərdən qaçmadı. “Sumqayıt” və “Qəbələ”nin futbol akademiyalarının komandaları məhz paytaxt komandaları ilə yarışdı. Özü də “Qəbələ” xeyli uğurlu nəticələrlə qazanmaqla yadda qaldı. Bütün yaş qruplarında mükafatçılar sırasına düşən “Qəbələ”nin futbol akademiyasının təmsilçiləri bununla paytaxt komandalarından  heç də geri qalmadıqlarını sübut etdilər. Əslində, əyalət təmsilçilərinin paytaxt redionunda yarışması yaxşı hal kimi qəbul edilməlidir. Öz bölgələrində rəqiblərindən üstün olan “Qəbələ”li və “Sumqayıt”lı uşaqlar rəqabətsizlikdən əziyyət çəkirdilər. Rəqabət olmayan yerdə isə inkişafdan danışmaq yersizdir. Bu il rəqabətin dadını görən həmin uşaqların gələcəkdə bir futbolçu kimi yetişməsində verilən qərar önəmli idi. Üstəlik, “Qəbələ” və “Sumqayıt”ın paytaxta gəlişi digər region təmsilçilərinin də işinə yaradı. Yusif müəllim digər əyalət klublarının da müraciyət edəcəyi təqdirdə onların komandalarının da paytaxt regionuna keçirilməsinin mümkün olduğunu söylədi. Yetər ki, lazım olan tələbləri yerinə yetirsinlər.

Yazının girişində göstərildiyi kimi, bu mövsüm ən çox qabardılan, problem yaradan məqam  hakimliklə bağlı oldu. Daha dəqiq, U-12 və U-13 liqalarında 3 hakimlilik sistemindən təkhakimliliyə keçmək. U-10, U-11 liqalarında komandaların tərkibində 6 meydan oyunçusu və 1 qapıçı olur. Həmçinin, bu liqalarda oyundankənar vəziyyət qeydə alınmır. Ofsaydın olmaması, meydançanın ölçüləri, futbolçuların sayı və yaşları oyunların 1 hakimlə keçirilməsinə imkan verir. U-12 və U-13 liqalarında isə vəziyyət fərqlidir. Burada hər komanda 9 futbolçu ilə meydana çıxır, meydanın ölçüləri bir qədər artır və oyundankənar vəziyyət qüvvəyə minir. Deməli, yan xət hakimlərinə ehtiyac yaranır. Son mövsümə kimi yan xətt hakimləri iş başında olurdular. Amma bu mövsümdən etibarən onların təyinatları ləğv edildi. Başqa sözlə, oyunu 1 hakim idarə etdi. Baş hakim həm də yan xətt hakiminin funksiyasını yerinə yetirməli oldu. Bu halda isə tez-tez oyundankənar vəziyyətlə bağlı problemlər ortaya çıxdı. Laysmanlara nəyə görə ehtiyac duyulmadı? Səbəb çox sadədir. Bununla AFFA müəyyən qədər vəsaitə qənaət etmiş oldu. Aşağı liqalarda baş hakim 1 oyuna görə 40, yan xətt hakimləri isə 20 manat qonorar alırdılar. Bu gedişlə, məsrəf 2 dəfə azaldıldı. Fikrimizcə, bu, səhv qərar idi.  Laysmanları saxlamaqla baş hakimi ləğv edərək pula yenə də qənaət etmək olardı. Eynən mini futbolda olduğu kimi. Təəssüf ki, hələ liqalarda oyunlar başlamamış bu haqda yazdıqlarımız və lazımi insanlara verdiyimiz təkliflər nəzərə alınmadı. Əslində, bu problemin Yarışların Keçirilməsi Şöbəsi ilə heç bir əlaqəsi yoxdur. Hakimləri oyunlara Hakimlər Komitəsi təyin edir. O cümlədən, onların sayı da həmin komitə tərəfindən müəyyənləşdirilir. Növbəti araşdırmamızda bu məsələyə geniş yer verəcəyik. U-15 liqasından yuxarıda hakim-inspektorların da “ləğv”i ilə bağlı məsələyə, Texniki Departamentin rəyi əsasında U-12 və U-13 liqalarında oyunların 9 futbolçu ilə keçirilməsinə də həmçinin. Qeyd edək ki, Avropanın heç bir ölkəsində oyunlar 9 futbolçu ilə keçirilmir. Azından bu halla rastlaşmamışıq. Amma Yusif Vəliyevin sözlərinə görə, İslandiya və bir neçə digər ölkələrdə bu variant mövcuddur.

Uşaq futbolu elə bir sahədir ki, orada həmişə çatışmazlıqlar mövcud olur. “İş olan yerdə, problem də var” deyimini bu sahəyə tərəddüdsüz aid etmək olar. Bizim vəzifəmiz həmin problemləri tapmaq, imkan daxilində onların həlli yollarını göstərmək və bu barədə lazımi instansiyaları məlumatlandırmaqdır. Azərbaycanda 2008-ci ildən bu yana aşağı yaş qrupu üzrə liqalarda yarışlar təşkil edilir. Birinciliklərin ildən ilə səviyyəsinin artmasını, kütləviliyin çoxalmasını, yarışların təşkilindəki irəliləyişləri danmaq insafsızlıq olar. Lakin AFFA nə qədər səmərəli fəaliyyət göstərsə belə, onlardan asılı olan və olmayan problemlər yenə də mövcud olacaq. Yetər ki, həmin problemlər qısa zamanda həll edilsin. Sonda Yusif Vəliyvedən mövsümün yekunu ilə bağlı görülən işlərdən razı qalıb-qalmadığını öyrəndik: “Öhdəmizə düşən işləri maksimum səviyyədə, peşəkarcasına yerinə yetirməyə çalışdıq. Təbii ki, müəyyən problemlərlə qarşılaşdıq. Əsas problemlər iştirakçı komandalar ilə bağlı idi ki, onların da həlli mümkün olanlarını qısa zamanda yoluna qoya bildik. Yarışların keçirilməsi ilə bağlı klublardan təşəkkür almaq, xoş söz eşitmək əziyyətimizin hədər getməməsinə bir işarə idi. Ümumiyyətlə, ildə 2 dəfə klublarla görüş keçirir, onların irad və təkliflərini dinləyirik. Sonuncu dəfə belə görüş bir neçə gün əvvəl keçirildi və liqalarda ötən mövsüm yaranan problemlər müzakirə edildi, təkliflər nəzərə alındı. İşimizdən razı qalıb-qalmamağa gəlincə, buna özümüzün münasibət bildirməsi doğru olmaz. Fəaliyyətimizə futbol ictimaiyyəti və AFFA rəhbərliyi qiymət versə, yaxşıdır”.

İlqar TAĞIYEV

Layihə AFFA yanında Media Komitısi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top