big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

“Uşaq futbolu təməldir. Təməl olmasa heç nə əldə edə bilmərik” (LAYİHƏ)

28.09.2017 , 09:45

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində iyirmi birinci yazısı.
Azərbaycan Premyer Liqasında iştirak edən klubların “Gənclər futbolunun inkişaf” proqramı üzrə koordinatorları ilə söhbətləşdik və komandalarda olan durumla tanış olduq. Klublarımızın uşaq futbolu üçün gördüyü işlər və maneələr haqda söhbət açdıqdan sonra mövzuya ikinci tərəfin – Məşqçilər Komitəsinin baxış bucağından nəzər yetirmək qərarına gəldik. Komitənin sədri Vaqif Sadıqovla bu istiqamətdə söhbət etdik. Vaqif bəy söhbətə Premyer Liqamızda iştirak edən komandaların akademiyalarda gördüyü işlərin ciddi nəzarət altında olduğunu söyləməklə başladı: “Rəhbərliyin tapşırığına əsasən, Azərbaycan Premyer Liqasında iştirak edən bütün komandaların akademiyalarını nəzarət altında saxlayırıq. Klublar tərəfindən AFFA-ya təqdim olunan layihələri, proqramları yoxlayırıq. Görülən işlərlə bağlı hesabat tələb edirik. Məşçilər Komitəsi olaraq təkcə sənədləşmə işlərini deyil, həm də icra olunan məsələlərə baxırıq. Yəni reallıqda hansı işlər görülməyi bizim üçün hər hansı sənəddən daha vacibdir. Belə deyək, sənədləşmə işləri ilə real həyatda icra olunan məsələləri müqayisə edirik. Hər hansı müsbət və ya mənfi cəhətlərin olduğunu müəyyənləşdiririk. Bu amil klubların gələcək inkişafı üçün təsirsiz ötüşmür. Baxmayaraq ki, xeyli iş görülüb, bunlar göz qabağındadır, biz yenə də ciddi nəzarətimizi edirik. Nəticə artıq var: hansı komandalar ki akademiyalarına ciddi yanaşıb öz işlərini məsuliyyətli görürlər, onlar Azərbaycan milli komandalarına oyunçu verə bilirlər. Bu sevindirici haldır. 16-21 yaş qruplarına daxil olan milli komandalarımıza ən çox oyunçu verən klub “Qəbələ”dir. Onların akademiya fəaliyyəti ciddi nəticələrini verməməkdədir. Bundan başqa, “Neftçi” və “İnter” klublarının da adını çəkmək olar. Bildirdiyim kimi, akademiyasına ciddi nəzarət edən klubların nəticəsi göz qabağındadır. “Sumqayıt” klubundan da bir neçə futbolçu artıq milli komandanın üzvüdür. Bu amillər söz açdığımız sahədə işlərin getdiyinin sübutudur. Ən vacib məsələ də odur”.
Komitə sədrinin sözlərinə görə, təmsil etdiyi qurumun diqqət yetirdiyi əsas məsələlərdən biri də məşqçilərin təhsilidir. Çünki məşqçilər də lazımi səviyyəyə çatdıqdan sonra öz biliklərini uşaqlara aşılayırlar və bu da məntiqi olaraq öz nəticəsini verir: “Məhz buna görə də Məşçilər Komitəsinin əsas hədəflərindən biri təhsildir. Hər sahədə olduğu kimi, futbolda da bilikli adamların xeyri çoxdu. Bunlara rəğmən daha da inkişaf olmaq üçün bir qədər zamana ehtiyac var. Xoşagələn hal odur ki, görülən işlər var, yəni heç klub akademiyası boş qalmır, hamısı hansısa proyekt üzərində işləyir. Gələcəkdə bunun bəhrəsini mütləq görəcəyik. Bizə xeyli layihələr təqdim olunub. Ancaq bir məqam da var ki, o da hazırkı futbolumuzda qaçılmazdır: maddi problemləri olan klublar. Onların şəraitləri bəzən akademiyaya fikir vermək üçün istənilən səviyyədə olmur. Stadionları olmurdu və uşaqlar tamamilə yarasız meydançalarda futbolun sirlərini öyrənirdilər. Məşqçilər də, uşaqlar da şikayət edirdilər. Buna baxmayaraq, həmin komandalar da çalışır, ortaya bir iş qoymaq üçün və gələcəkdə bu işin bəhrəsini görmək üçün səylər edirlər. Vacib olan odur ki, futbola hər bölgədə maraq var. Bir mütəxəssis kimi deyə bilərəm ki, mütləq və mütləq bütün səylər öz bəhrəsini verəcək. İstək olan yerdə, nəticə də olur. Yeni nəsil yetişdirəcəyik, Azərbaycan futbolunun gələcəyi bu nəsildən asılıdır”. 


“Bu günə qədər mətbuata görülən işlərlə bağlı danışmamışdıq”
Təcrübəli məşqçi proqram icrasını yaxşı və pis edən komandalar haqda da söz açdı. O, irəlidə olan klubların akademiyalarının adını çəksə də, nisbətən geridə qalan komandaları sirr saxlamağı məsləhət bildi: Proqramların icrası çərçivəsində geri qalan və irəlidə olan komandalar var. İnkişaf edən klublar bəllidir: “Qəbələ”, “Neftçi”. Bölgə təmsilçimizdə 7 meydança var və onların işləri planlı şəkildə həyata keçir. Seleksiya işləri və uşaq futbolunun lazımi səviyyəyə çatdırmaq yolunda bir xeyli ciddi addımlar atıblar. Onlarda hər bir şərait var və məhz buna görə də “Qəbələ”nin akademiyası Azərbaycan milli komandasını xeyli futbolçu ilə təmin edir. Bunları “Neftçi” üçün də qeyd edə bilərik, çünki İsmət Qayıbov adına stadion bütünlüklə akademiyaya təhvil verilib. Demək olar ki, onlarda da inkişaf üçün istənilən şərait var. Onların da siyasəti gələcəkdə öz futbolçularını yetişdirməkdir və “flaqman” bu gün də öz akademiyasında yetişmiş oyunçulara güvənmək istəyir. Geridə qalan klubların adlarını çəkmək istəməzdim. Amma hər birimiz bilirik ki, hansı komandada maliyyə problemi varsa, istər-istəməz bu amil uşaq futboluna da təsir göstərir. Bu gün bəzi klublar sırf maliyyəyə görə bütün diqqəti uşaq futboluna yönləndirə bilmirlər. Lakin maliyyəsi o qədər də ürəkaçan olmayan “Kəpəz”i qeyd etmək istəyərdim. Biz hesabatda da bunu dedik. Komandanın akademiyasında olarkən uşaqlarla və məşqçilərlə görüşdük və şahid olduq ki, burada böyük istək var. Heyf, bu gün onlar üçün yaradılmış şərait imkan vermir ki, məşqçilər uşaqlara biliyi istənilən səviyyədə çatıdra bilsinlər.

Bu istiqamətdə də işlər görülür: yardımçı meydançalar tikilir, bəzi sahələrdə irəliləyişlər var. Biz də bunları qeyd edib rəhbərliyə çatdırırıq. Bu günə qədər mətbuata görülən işlərlə bağlı danışmamışdıq. Görülən işlərimizdən biri də bu idi. Gəncədə əsas meydança təmir edilir, yardımçı meydançalar tikilir, uşaqların inkişafı üçün şərait yaradılır. Bu sahəyə ciddi nəzarət etməliyik. Uşaq futbolu təməldir. Təməl olmasa heç nə əldə edə bilmərik. İşimizi piramida şəklində qurmalıyıq. Hər şey bir-birinə bağlı olmalıdır. Futbolla maraqlanan insanlar başa düşməlidir ki, uşaq futboluna qoyulan pullar gələcək üçün böyük nəticələr verəcək. Demək olar ki, bütün incəliklərə fikir veririk. Top, geyimlər, həkim nəzarəti və s. kimi məsələlərə ciddi nəzarət edirik. Bəzi klublarda bu məqamlara yanaşmanı gördük. Müsbət olanları alqışlayırıq, mənfi olanların isə bir səbəbi var – maliyyə. Biz rəhbərliyə hesabatda da bildirdik ki, birinci komandada hansı problemlər olsa da, bu, uşaq futboluna təsir etməməlidir”. 


“Bütün problemlər maliyyəyə bağlıdır”
Vaqif bəy Azərbaycan klublarının infrastruktur problemindən də danışdı. Onun sözlərinə görə, əsas çatışmazlıq infrastrukturdu: “Mən Rəşad Sadıqovla söhbət edəndə o da bu məsələdən şikayət edirdi. Onların aşağı yaş qrupları ilə böyük yaş qrupları ayrı-ayrılıqda məşq edirlər. Qurban Qurbanov və komanda rəhbərliyi ilə söhbət edəndə gördük ki, onlar da bu məsələnin həllini istəyir. Məşqçilərə təhsil veririksə, hansısa sahəyə xüsusi diqqət yetiririksə və infrastruktura maraq göstərmiriksə, deməli, işlərimizin hamısı boşunadır. Çünki əsas məsələ uşaqların məşqidir. İnfrasturktur olmalıdır ki, biz digər problemlərə baxaq. Yəni bu məsələ elədir ki, əslində, bu işin təməlini təşkil edir və heç bir komandada infrastruktur problemi olmamalıdır. Ölkəmizin müstəqilliyinin ilk günündən Azərbaycan futbolunda işləyən bir adam kimi deyə bilərəm ki, həmin günlərlə hazırkı Azərbaycan futbolunu müqayisə etsək, yerlə göy arasında fərqin olduğunu görərik.

Lakin bunda dayanmaq olmaz, yenə də inkişafa çalışmalıyıq. Çünki dünya dayanmır, zaman dayanmır. Zaman keçdikcə biz də uyğun olaraq inkişaf etməliyik. Daha da irəli getmək üçün xeyli çalışmalıyıq və infrastrukturu xeyli dəyişməliyik. Ümumiyyətlə, mən həmişə demişəm ki, dünya futbolu ilə həmişə ayaqlaşmalıyıq. Xoşagələn haldır ki, ayrı-ayrı komandalarımızda məşqçilər təcrübə yığmaq üçün xarici ölkələrə təlimlərə göndərilir. Bunu dəstəkləyirəm. İnteqrasiya olmalıdır, dünya futbolu ilə bir inkişaf yolunda getməliyik. Məsələn, “Sumqayıt”ın koordinatoru Sabir Əliyev və bir neçə məşqçisi Xorvatiyada təlimdə olub. Digər klubların da koordinatorları başqa-başqa ölkələrlə əlaqədədirlər, birlikdə işlər görürlər. Əsas olan məsələ odur ki, istək var, görülən işlər var. Ancaq təbii ki, hər şey hamar olmur. Bir iş yaxşı gedirsə, digərində ağsaqlıqlar olur. Bütün problemlər maliyyəyə bağlıdır. Çalışacağıq ki, gələcək üçün bu problemlər aradan qalxsın”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir


Son yazılar

To Top