Uruqvaylı oyunçu Premyer Liqaya qayıda bilər
02.03.2026 , 19:00
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən uruqvaylı hücumçu Darvin Nunes karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, “Çelsi” və “Nyukasl” forvardın transferində maraqlıdır.
Xəbərdə bildirilir ki, “Əl-Hilal” Nunesi liqanın ikinci dövrəsi üçün heyətə daxil etməyib. Bu isə onun yayda Premyer Liqaya qayıtmaq ehtimalını artırır.
Uruqvaylı hücumçu mövsümün əvvəlində “Liverpul”dan 53 milyon avroya transfer olunub. Bu mövsüm o, 24 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.