PSJ klubunun hücumçusu Edinson Kavani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, uruqvaylı futbolçu “Mançester Yunayted”in maraq dairəsinə tuş gəlib.
Mançester təmsilçisinin baş məşqçisi Lui van Qal təcrübəli futbolçunu komandasında görmək istəyir. İngiltərə nəhəngi Kavaninin keçidi üçün PSJ-yə 80 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında razılıq əldə olunarsa, Kavani yeni mövsümdən “Mançester Yunayted”də çıxış edəcək.
GOAL.com
