Uruqvay millisinin futbolçusu Edinson Kavani İtaliya ilə yoldaşlıq oyununu buraxacaq.
Korner.az-ın məlumatına görə, buna səbəb onun zədəli olmasıdır. 30 yaşlı hücumçunun bərpa müddətinin nə qədər davam edəcəyi hələ də dəqiqləşməyib.
Qeyd edək ki, Kavani İrlandiya ilə yoxlama görüşünün 13-cü dəqiqəsində ombasından zədə alıb və məcburi əvəzlənib.
