Uroş Matiç: “Qarabağ” güclü komandadır”
07.08.2019 , 16:24

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 1:2 hesabı ilə məğlub olan APOEL klubunun yarımmüdafiəçisi Uroş Matiç açıqlama verib.
Korner.az-ın məlumatına görə, futbolçu oyunla bağlı suallara cavab verib.
-APOEL pley-offa yüksəlmək üçün nə etməlidir?
-Hər şeydən öncə nəticədən məmnun deyiləm. Bizim üçün çox məyusedici oldu. İlk hissədə yaxşı oyun apardıq. Ruhdan düşməməliyik. Merkisin vurduğu qol cavab matçı öncəsi bizə motivasiya və güc verdi.
– “Qarabağ” necə komandadır?
– “Qarabağ” güclü komandadır. Qol şansları yaratdılar. Bizim də fürsətlərimiz oldu. Paloviç qola çox yaxın idi. Hazırlaşmağımız ücün 6 günümüz var. İstədiyimizi etmək üçün çalışmaq məcburiyyətindəyik.
– APOEL cavab matçında nəyə ümid edir?
– Çox yaxşı hücümçularımız var. Azərbaycana gedib, nəticəni öz xeyrimizə dəyişməliyik. Bu, futboldur, inamlı olmaq lazımdır. Özümüzə güvənməliyik.
