Uşaqlar əjdaha kimi vuruşdular. Heç mənim meydanda olmamağımı hiss etdirmədilər. Sevinirəm ki, Çexiya səfərindən xalla dönməyi bacardıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov deyib.
DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan millimiz 0:0 hesablı bərabərliyə razılaşıb.
Zədə səbəbindən matçda iştirak edə bilməyən kapitan oyun başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.
– Meydana çıxmaq istəmirdin?
– Partlayırdım e! Ürəyim partlayırdı. Lakin həkim dedi ki, zədə şiddətlənə bilər.
– Buna baxmayaraq, 2-ci hissədə isinmə hərəkətləri edirdin…
– Bu, yalnız fövqəladə halda baş tutacaqdı. Ancaq şükürlər olsun ki, uşaqlar mənsiz də qoyulan vəzifəni əla yerinə yetirdilər.
– Zədən nə dərəcə şiddətlidi? Avropa Liqası matçına çıxa biləcəksən?
– İndi bu suala cavab verə bilmərəm. Məni yox, qəhrəmanları danışdırın, qəhrəmanları.
Mənbə: apasport.az
