“Ürəyim “10” olsa da, özüm “9 nömrə”yəm” – Benzema
28.01.2019 , 10:27

“Real” Madrid “Espanyol” klubunu 4:2 hesabı ilə məğlub edib. Oyundan sonra paytaxt klubunun hücumçusu Kərim Benzema matç haqda fikirlərini bölüşüb.
– Bu sizin mövsüm ərzində ən yaxşı oyununuz idi?
– Bilmirəm, hər oyun çalışıram ki, əlimdən gələnin ən yaxşısı edim: qol vurum, məhsuldar ötürmə edim və s. İnsanlar hücumçudan qollar gözləyir, amma mən hesab edirəm ki, ürəyim “10” olsa da, özüm “9 nömrə”yəm.
– Sizcə, komanda inkişaf edir?
– Hər oyun daha yaxşı oynamağa çalışırıq və bu tempdə davam edəcəyik. Bəli, hal-hazırda oyunumuzda intensivlik yaranıb. Biz sübut etməliyik ki, daha yaxşıyıq, çünki biz “Madridik”!
Benzema bu mövsüm “Real”ın heyətində 21 oyuna çıxıb və 9 qol, 2 assistlə yadda qalıb.
