Xəbər verdiyimiz kimi “Qarabağ” “Simurq”da icarə əsasında oynayan və Zaqatala klubunda özünü yaxşı tərəfdən göstərən Murad Səttarlını qaytarıb.
Gənc futbolçu Korner.az saytına verdiyi verdiyi açıqlamada “Simurq”dan ayrılmaq istəmədiyini, ancaq “Qarabağ”la Avropa Liqasında oynamağın yaxşı olduğunu bildirib:
“Mənə Qurban Qurbanov zəng etdi və qayıdmağımı istədi. Məm müvqailəylə “Qarabağ”a məxsusam. Düzdü “Simurq”dan ayrımaq istəmirdim. “Simurq” mənə çox çey verdi. Mən orda qalmaq istəyirdim. Amma Avroliqada oynamaq da istəyirəm”.
