"Özümü çox xoşbəxt hiss edirəm. Finalda qələbə qazanmaq həqiqətən də gözəl imiş" Bu sözləri Korner.az-a açıqlamasında "Bakı" klubunun futbolçusu Uniston Parks deyib.
Kosta-Rikalı futbolçu əsas məsələnin Avroliqada olduğunu bildirib:
"İndi bizi Avropa Liqası gözləyir. Əsas məsələ burada da uğurlu çıxış edib azarkeşlərimizi sevindirməkdi. Mən bu kluba bağlıyam və ölənə kimi də "Bakı"da qalacam".
