“Qalatasaray” başqamı Ünal Aysal transfer büdcəsiylə bağlı qərar verib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “sarı qırımızılılar”ın prezidenti yayda transferə cəmi 15 milyon avro vəsait ayıracağını Mançiniyə bildirib.
Bu qərar heç də Mançininin xoşuna gəlməyib. Aysal italyan məşqçiyə onun istəyəcəyi təqdirdə əlavə büdcə üçün oyunçu sata biləcəklərini bildirib.