Bir müddət əvvəl “Qalatasaray”ın prezidentliyindən istefa verəcəyini açıqlayan Ünal Aysal klubun yeni başqan seçimində dəstək verəcəyi namizədin adını açıqlayıb.
Korner.az-ın məlumatına görə, o, gələn ay keçiriləcək “sarı-qırmızılılar”ın növbədənkənar qurultayında Camal Özgörkəyin başqanlığa namizəd olacağını deyib.
Aysal bildirib ki, prezidentlikdən getmək qərarı qətidir və xələfinə tam dəstək verəcək: “Camal Özgörkəy qardaşımız başqan olmağa hazırlaşır. Bu gün-sabah namizədliyini açıqlayacaq. Mən onun prezident olması üçün əlimdən gələn dəstəyi verəcəm”.
