"Qalatasaray" başqanı Ünal Aysal transferlə bağlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə Aysal müdafiənin mərkəzinə oyunçu almaq istədiklərini bildirib:
"Amrabat, Riyera, Bruma və Daninin gedişindən sonra legioner limitimiz açılıb. Baş məşqçimiz mərkəz müdafiəçisi istəyir. Heytinqa və Rodolfoda problem çıxdı. "İnter"lı Ranokkiya ilə maraqlanırıq. Futbolçu və klubla görüşürük. Son anda problem çıxmasa, futbolçunu icarəyə götürəcəyik".