10 dekabr – Ümumdünya futbol günü kimi qeyd edilir. Bu günlə əlaqədar olaraq, “Azərikimya” İstehsalat Birliyi və “Sumqayıt” Futbol Klubu futbolsevərləri sevindirib.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, “Kapital Bank Arena”da “Azərikimya” İstehsalat Birliyi və “Sumqayıt” FK-nun əməkdaşlarının birləşmiş komandası ilə Sumqayıt şəhərinin veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.
Qarşılaşmada “Sumqayıt” FK-nun baş məşqçisi Aqil Məmmədov, baş menecer Ceyhun Sultanov, texniki direktor Frank Bernhardt, məşqçilər – İlham Yadullayev, Samir Abasov, Etibar Tarıverdiyev Vəfadar Quliyev, İsmayıl Məmmədov, Azad Mütəllimov və s. kimi simalar çıxış edib.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş veteranların 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, klubun vitse-prezidenti Vaqif Ömərov və Sumqayıtın veteran futbolçusu Telman Salahov iştirakçılara üzərində “Sumqayıt” FK-nın futbolçularının imzası olan topları hədiyyə edib. Sonda xatirə şəkli çəkdirilib.
“Azərikimya” İB və “Sumqayıt” FK-nun birləşmiş komandası bu heyətlə çıxış edib: Aqil Məmmədov, Frank Bernhardt, Ceyhun Sultanov, İlham Yadullayev, Etibar Tarıverdiyev, Samir Abasov, Vəfadar Quliyev, Nail Məmmədov, Orxan Məhərrəmli, Samir Nəsirov, Vüqar Məmmədov, Aydın Xəlilov, Vüqar Rüstəmov, Vidadi Rüstəmov.
Baş məşqçi: Vaqif Paşayev
Məşqçi: Hikmət Bağırov
Sumqayıt veteranlar klubu bu heyətlə çıxış edib: Fəxrəddin Həsənov, İsmayıl Məmmədov, Əvəz Süleymanov, Azər Mehdiyev, Ramin Hüseynov, Vüqar Quliyev, Telman Kərimov, Kənan Hacıyev, Zakir Rəşidov, Rəşad Muradov, Elxan Orucov, Azad Mütəllimov, Rəşad Mustafayev.
Baş məşqçi: Telman Salahov
Məşqçi: Ağamusa Bağırov
