Ümit Özat Elvindən danışdı: “Ondan faydalanacağıq”
12.02.2020 , 10:18

“Səbail”lə yollarını ayıran Elvin Yunuszadənin Bosniya və Herseqovinanın “Çelik” klubuna transfer olunduğunu xəbər vermişdik.
Yerli mətbuata açıqlama verən “Çelik”in baş məşqçisi Ümit Özat Yunuszadənin transferi haqda da danışıb:
“Allah qoysa, faydalana biləcəyimiz bütün futbolçuları alacağıq. Elvin, Çempionlar Liqasında bir neçə oyun keçirib. Ondan faydalanacağıq”.
Elvin Yunuszadə “Çelik”lə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalayıb.
