“Qalatasaray” və Türkiyə millisinin sabiq üzvü Ümit Karan ölkəmizə səfər edib.
Korner.az-ın məlumatına görə, bu barədə millimizin sabiq üzvü Mahir Şükürov “facebook” səhifəsində futbolçu ilə Bakıda şəklini paylaşıb.
Böyük ehtimalla, Karan məhz elə Şükürovun dəvəti ilə Bakıya gəlib.