Sabah Bakı Şahmat Olimpiadasının son turudu. Həmişəki vaxtdan bir qədər tez – 11:00-da başalayacaq tur olimpiadanın medalçılarını müəyyən edəcək. Böyük maraqla oyunlarını gözlədiyimiz kişilərdən ibarət əsas yığmamız təssüf ki, ümidləri doğrultmadı. Komandamız 10 turdan sonra 13 xalla 19-cu pillədə qərarlaşıb. Medal qazanmaq şansını itirən yığma komandanın fərdi nəticələrini təqdim edirik.
Şəhriyar Məmmədyarov – 2761
Azərbaycan şahmatının güclü simalarından olan Şəhriyar olimpiadada baş tutmuş bütün turlarda iştirak edib. İlk 4 oyunda xal itirməyən şahmatçımız bu uğurun davamını gətirə bilmədi. İstirahət günü öncəsi hindistanlı Harikrişnaya uduzan təmsilçimiz bu oyundan sonra ardıcıl 4 tur nə qalib gəldi, nə də məğlub oldu. Şəhriyar Məmmədyarov 10 oyuna xal qazanıb 6.5
1. Makoto Rovel (Zimbabve) – 1:0
2. Trayko Nedev (Makedoniya) – 1:0
3. Riçard Raport (Macarıstan) – 1:0
4. Konstantin Lupulesku (Rumıniya) – 1:0
5. Harikrişna (Hindistan) – 0:1
6. Dimitros Mastrovasilis (Yunanıstan) – 0.5:0.5
7. İvan Sariç (Xorvatiya) – 0.5:0.5
8. Aleksey Şirov (Litva) – 0.5:0.5
9. Sergey Karyakin (Rusiya) – 0.5:0.5
10. Maykl Adams (İngiltərə) – 0.5:0.5
Teymur Rəcəbov – 2722
Təlim-məşq toplanışlarında iştirak etməyən təcrübəli şahmatçımız bunun mənfi təsirini görməkdədi. Gözlənilən performansı sərgiləyə bilməyən Teymur keçirdiyi 9 oyunda iki dəfə uduzub və cəmi 5 xal qazana bilib. Son turda isə lövhəni böyük ehtimalla, Rauf Məmmədova öz istəyi ilə həvalə edib.
1. Mandija Faray (Zimbabve) – 1:0
2. Filip Pançevski (Makedoniya) – 1:0
3. Zoltan Almasi (Macarıstan) – 0:1
4. Daniel-Boqda (Rumıniya) – 0.5:0.5
5. Adhiban (Hindistan) – 0.5:0.5
6. Xristos Banikas (Yunanıstan) – 0.5:0.5
7. Mladen Palac (Xorvatiya) – 1:0
8. İqor Kovalenko (Litva) – 0.5:0.5
9. Vladimir Kramnik (Rusiya) – 0:1
Rauf Məmmədov – 2666
Blitz (aktiv şahmat – 10 dəqiqə ərzində oynanılır) üzrə Avropa çempionumuz olimpiadada uduzmayıb. 7 oyuna 5.5 xal toplayan şahmatçımız 4 qalibiyyət əldə edib və yalnız 3 görüşdə heş-heçə edib.
1. Aleksandr Colovic (Makediniya) – 1:0
2. Csaba Balog (Macarıstan) – 1:0
3. Mixayel Marix (Rumıniya) – 0.5:0.5
4. Kozul Zdenko (Xorvatiya) – 1:0
5. Arturs Niksans (Litva) – 0.5:0.5
6. Evqeni Tomaçevski (Rusiya) – 0.5:0.5
7. Devid Hovel (İngiltərə) – 1:0
Arkadi Naydiç – 2696
Litva əsilli şahmatçımız nəticələrinə görə əsas yığmamızın ən pis şahmatçısıdı. Arkadi ardıcıl ilk 4 görüşdə qalib gəlsə də, ondan sonra oynadığı oyunların hamısın da uduzub. 8 tur partiya oynayan şahmatçı cəmi 4 xal qazanıb.
1. Masango Spenser (Zimbabmve) – 1:0
2. Nikolovski Nikola (Makedoniya) – 1:0
3. Qledura Benjamin (Macarıstan) – 1:0
4. Jianu, Vlad-Cristian (Xorvatiya) – 1:0
5. Vidit Santoş Quyrati (Hindistan) – 0:1
6. Mastrovasilis Atanasios (Yunanıstan) – 0:1
7. Qrişük Aleksandr (Rusiya) – 0:1
8. Qaveyn Cons (İngiltərə) – 0:1
Eltac Səfərli – 2688
Yalnız 10-cu turda uduzan Eltac Səfərlinin bugünə qədər oyununu qənaətbəxş hesab etmək olar. Eltac 6 oyun oynayıb və 4.5 xal yığa bilib.
1. Muşor Emarald Takudzva (Zimbabve) – 1:0
2. Halkyas Stelios (Yunanıstan) – 1:0
3. Brkic Ante (Xorvatiya) – 1:0
4. Meskvos Nikita (Litva) – 1:0
5. Saturaman (Hindistan) – 0.5:0.5
6. Şort Nigel (İngiltərə) – 0:1
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
