Ülvü Qənizadə: “Qələbəmi şəhidlərimizə və atama həsr edirəm”
25.04.2023 , 11:58
“Avropa çempionu oldum. Bunun üçün çox əziyyət çəkmişdim və bəhrəsini gördüm”
Korner.az xəbər verir ki, bu sözləri Avropa çempionatında qızıl medal qazanan güləşçimiz Ülvü Qənizadə jurnalistlərə açıqlamasında deyib.
Vətənə qayıdan idmançımız qələbəsini şəhidlərimizə və atasına həsr etdiyini bildirib:
“Qarşıda dünya çempionatı var. Məqsəd dünya çempionluğudur. Hədəflərim irəlidədir. İnanıram ki, nəticələrin ardı olacaq. Mən bu qələbəmi şəhidlərimizə və atama həsr edirəm. Ruhları şad olsun!”.
Mina Musayeva