“Barselona”nın ən radikal azarkeş qruplarından biri klub prezidenti Jozep Bartomeu başda olmaqla, rəhbərliyi dərhal istefa verməyə çağırıb.
Korner.az-ın məlumatına görə, Bartomeu 2017-ci ilədək Kataloniya təmsilçisinə rəhbərlik etməli olsa da, bugünlərdə mövsümün sonunda yeni başqan seçiminin keçiriləcəyi elan edilmişdi.
Lakin fanatlar yayadək gözləməyin əleyhinədirlər və onu klubun başında görmək istəmədiklərini yaydıqları bəyanatla ifadə ediblər. Ultrasların əsas narazılıqlarından biri UEFA-nın “Barsa”ya futbolçu transfer etmək qadağasını qoymasıdır.
“İndiki məqamda Bartomeu başda olmaqla, rəhbərliyin atacağı ən etik addım dərhal istefa verməkdir. Onlar istefa verdikdən sonra yeni prezident seçkilərinədək klubu yaradılacaq müvəqqəti komitə idarə etməlidir”, – deyə azarkeşlərin yaydığı bəyanatda bildirilir.
