Ulduz oyunçunun evi qarət olundu
18.02.2025 , 16:30

“Los-Anceles”in hücumçusu Olivye Jiru xoşagəlməz hadisə ilə üzləşib.
Korner.az xəbər verir ki, 38 yaşlı ulduz oyunçunun evi qarət olunub.
Jiruya dəyən zərər 500 min dollar civarında qiymətləndirilir.
Futbolçunun evindən bir neçə qiymətli əşyanın və 10 ədəd saatının oğurlandığı bildirilir.
Polis faktla bağlı araşdırmaları davam etdirir.
