Ulduz oyunçunu İtaliya klubu istəyir
16.07.2024 , 19:26

“Çelsi”nin futbolçusu Romelu Lukaku İtaliya klubuna keçə bilər.
Korner.az xəbər verir ki, oyunçunun xidmətində “Napoli” maraqlıdır.
Klub futbolçu üçün London təmsilçisinə 25 milyon avro ödəməyə hazırdır.
Xarici KİV yazır ki, tərəflər arasında 3 illik razılıq əldə olunub.
31 yaşlı ulduz oyunçu ötən mövsümü icarə əsasında “Roma”da keçirib.
