Ulduz oyunçu yenidən La Liqaya qayıdır
25.02.2025 , 23:15

“Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiç klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, futbolçunun yenidən İspaniya çempionatında çıxış edəcəyi gözlənilir.
Xorvatiyalı oyunçunun xidmətində “Atletiko”nun maraqlı olduğu iddia olunur.
30 yaşlı Xorvatiya millisinin üzvü yaxşı təklif alarsa, yenidən La Liqaya qayıdacaq.
Kovaçiç 2023-cü ildən “şəhərlilər”də forma geyinir.
