Ulduz oyunçu üçün daha bir təklif
17.04.2025 , 22:56

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacağını açıqlayan Kevin De Bruyne ABŞ klubundan rəsmi təklif alıb.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, belçikalı yarımmüdafiəçini “Çikaqo Fayr” klubunun transfer etmək istədiyi bildirilib.
MLS təmsilçisi yeni mövsümdə ulduz oyunçunu heyətində görmək istəyir.
Tərəflər arasında danışıqlar davam etdirilir.
