Ulduz oyunçu sıradan çıxdı
21.04.2025 , 16:15

“Barselona” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Robert Levandovski sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ulduz oyunçu 3 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacaq.
36 yaşlı polşalı futbolçu aprelin 26-da “Real”la keçiriləcək qarşılaşmanı buraxacaq.
