Ulduz oyunçu sıradan çıxdı
17.03.2025 , 20:30

“Roma” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Paulo Dibala sıradan çıxıb.
31 yaşlı hücumçu A seriyasının 29-cu turunda “Kalyari” (1:0) ilə keçirilən oyunda dizindən zədələnib.
Oyunçunun 1 ay meydanlardan uzaq qalacağı gözlənilir.
Dibala Argentina millisinin DÇ-2026-nın seçmə mərhələsində qarşılaşacaq Uruqvay və Braziliya ilə oyunları buraxacaq.
