Ulduz oyunçu “Qalatasaray”dan ayrılır?
20.12.2024 , 22:30
“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, oyunçunun qış transfer pəncərəsi zamanı İstanbul təmsilçisini tərk edə biləcəyi iddia olunur.
Mərakeşli vingerlə “Benfika” və “AZ Alkmar” maraqlanır.
31 yaşlı futbolçunun heyətdə az yer aldığı üçün Türkiyə klubundan ayrılacağı gözlənilir.