Ulduz oyunçu “Milan”a keçir
10.07.2024 , 23:20

Alvaro Moratanın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, futbolçunun “Milan”a keçəcəyi gözlənilir.
“La Gazzetta dello Sport”da yer alan xəbərə görə, oyunçu ilə şəxsi şərtlərdə razılıq əldə olunmasa da, transferin reallaşma ehtimalının olduğu bildirilib.
Bundan başqa, “Milan”ın “Atletiko”ya 13 milyon avro ödəməyə hazır olduğu da vurğulanıb.
31 yaşlı Morata “Atletiko”nun heyətində 154 oyuna çıxıb, 58 qol vurub, 14 məhsuldar ötürmə edib.
